Fransa muzeyindən 9,5 milyon avro dəyərində eksponatlar oğurlanıb

Fransanın cənub-qərbində yerləşən Adrien Dübuşe adına Milli Farfor Muzeyi çərşənbədən cümə axşamına keçən gecə qarət edilib.

Zərər 9,5 milyon avro olaraq qiymətləndirilir. Bu barədə Fransanın "Paris Match" jurnalı məlumat yayıb .

"Oğurlanmış əşyalar Çin çinisinin müvəqqəti sərgisi çərçivəsində nümayiş etdirilib. Onlar fərdi şəxsə məxsusdur", - məqalə müəllifləri aydınlıq gətirib.

Muzeydən oğurluq faktı yerli vaxtla saat 3:30-da aşkarlanıb.

Mövsüm,

AzNews.az