• Qərb
  • 25 Sentyabr 15:13
  •  685

Fransada sabiq prezident Sarkoziyə 5 il həbs cəzası verildi

Paris məhkəməsi sabiq prezident Nikola Sarkozini 5 il həbsə məhkum edib.

Fransanın sabiq prezidenti Nikola Sarkozi Liviyadan seçki kampaniyasına maliyyə dəstəyi ilə bağlı iş üzrə 5 il həbs cəzasına məhkum olunub.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Məhkəmə Nikola Sarkozini 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib, lakin cəza dərhal həbs şəklində icra olunmayacaq”, – xəbərdə qeyd olunub.

Franceinfo agentliyi dəqiqləşdirir ki, Sarkozi həmçinin 100 min avro məbləğində cərimələnib və ona 5 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib.

Mövsüm,

AzNews.az