Vilnüs hava limanında 7 reys pilotsuz təyyarələr səbəbindən gecikib

Litvanın Vilnüs hava limanında 7 reys mülki pilotsuz uçuş aparatları (PUA) səbəbindən gecikmələrlə üzləşib.

Etaplius portalı bu barədə məlumat yayıb.

“Cümə günü Vilnüs hava limanında əməliyyatlar mülki pilotsuz uçuş aparatları tərəfindən dayandırılıb”, - məlumatda deyilir.

Üç mülki dron uçuşu qeydə alınıb.

“Onlar bir neçə reys gecikməsinə səbəb oldular: planlaşdırılan dörd uçuş hava limanını vaxtında tərk edə bilmədi və Vilnüsə gələn daha üç reys də qrafikə uyğun enə bilmədi”, - deyə məlumatda bildirilir.

Mövsüm,

AzNews.az