- Qərb
- 14:36
- 1 546
Orban: Ukraynanın bu planı Macarıstana qarşı “müharibə elanıdır”
Macarıstanın Baş naziri Viktor Orban Avropanın Ukraynanı 2027-ci ildə Avropa İttifaqına (Aİ) qismən qəbul etmək planını sərt tənqid edərək, bunu ölkəsinə qarşı “açıq müharibə elanı” adlandırıb.
Açıqlama verən Orban bildirib ki, sözügedən təşəbbüs Macarıstanın vetosundan yan keçməyi nəzərdə tutur. Daha əvvəl Politico qəzeti Aİ-nin Ukraynaya 2027-ci ildən etibarən blokda qismən üzvlük verilməsini nəzərdə tutan beş maddəlik layihə hazırladığını yazmışdı. Məlumata görə, plan Macarıstanın vetosunun aradan qaldırılmasını da ehtiva edir və Brüssel Orbanın apreldə keçiriləcək seçkilərdə məğlub olacağına ümid edir.
Orban isə sosial şəbəkə X-də paylaşımında bu planın Macarıstan xalqının qərarına məhəl qoymamaq anlamına gəldiyini vurğulayıb.
“Bu yeni plan Macarıstana qarşı açıq müharibə elanıdır. Onlar Macarıstan xalqının qərarını görməzlikdən gəlir və istənilən vasitə ilə Macarıstan hökumətini devirməyə qətiyyətlidirlər. Hakimiyyətə ‘Tisa’ partiyasının gəlməsini istəyirlər, çünki o halda veto, müqavimət və münaqişədən kənarda qalmaq imkanı olmayacaq”, – deyə Orban qeyd edib.
Mövsüm,
AzNews.az