Tramp: Kubaya qarşı hərbi əməliyyata ehtiyac yoxdur

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kubaya qarşı mümkün hərbi əməliyyat ağır olmayacaq, lakin buna ehtiyac görmürük.

Bu barədə Kubanın “Cibercuba” nəşri yazıb.

“Bu, çox ağır əməliyyat olmazdı, amma düşünmürəm ki, buna ehtiyac var. Hazırda Kuba ilə danışıqlar aparırıq”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfdən danışıqlarda dövlət katibi Marko Rubio iştirak edir. Tramp əlavə edib ki, Kuba hakimiyyəti Vaşinqtonla razılaşma əldə etməlidir.

Mövsüm,

AzNews.az