Vatikan "Sülh Şurası"nda iştirak etməkdən imtina etdi

Vatikan ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası"nda iştirak etməyəcək.

Bu barədə Reuters agentliyi Vatikanın baş diplomatı Kardinal Pietro Parolinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Roma Katolik Kilsəsinin ali mənəvi rəhbərliyinin iqamətgahının nümayəndələri böhran vəziyyətlərinin Birləşmiş Millətlər Təşkilatı (BMT) əsasında həll edilməsini müdafiə edirlər.

Mövsüm,

AzNews.az