- Qərb
- 14:18
- 1 668
Politico: Zelenskinin G7 sammitində iştirakı "partlayış" olacaq
Ukrayna Prezidenti Volodimir Zelenskinin Fransada keçiriləcək G7 sammitində mümkün iştirakı ABŞ Prezidenti Donald Trampla münasibətlərdəki gərginlik fonunda diqqət mərkəzinə düşüb.
Politico nəşrinin məlumatına görə, Zelenskinin sammitdə iştirakı bəzi dairələr tərəfindən “partlayış effekti yarada biləcək” amil kimi qiymətləndirilir.
Nəşr xatırladır ki, 2026-cı ilin mart ayında Fransa Prezident Administrasiyası Zelenskinin G7 liderlərinin görüşünə dəvət olunmadığını bildirmişdi. Lakin son günlər Parisin mövqeyi dəyişib və hazırda Ukrayna liderinin tədbirdə iştirak edəcəyi gözlənilir.
Məlumata görə, Zelenskinin sammitə qatılması xüsusilə onun ABŞ Prezidenti Donald Trampla münasibətlərindəki fikir ayrılıqları səbəbindən əlavə diplomatik gərginlik yarada bilər.
G7 sammitinin beynəlxalq gündəmdə mühüm məsələlərin müzakirə ediləcəyi platforma olduğu nəzərə alınarsa, Zelenskinin mümkün iştirakı və Tramp administrasiyası ilə təmasları tədbirin əsas mövzularından birinə çevrilə bilər.
Mövsüm,
AzNews.az