Tarkovskinin məşhur filmini KQB necə “yoxa çıxardı”?

Filmin çəkilişi bitəndən sonra rejissor gördü ki...

Dünya kinosunun incilərindən olan "Stalker" filminə hər dəfə tamaşa etdikcə, yeni detallar, yeni məqamlar kəşf edirsən. Dünya film tarixinin 3 nəhəngindən biri sayılan Andrey Tarkovskinin müəllifi olduğu bu filmin maraqlı bir tarixçəsi var.

Demək, Tarkovski bu filmi tam çəkib bitirəndən sonra (70-ci illərdən söhbət gedir) lentin yuyulma prosesində şok mənzərə ilə qarşılaşır: lentin başdan-başa ağappaq, yəni bomboş olduğunu görür...

Təsəvvür edin, o boyda əziyyət, görülən işlər hamısı hədər olub. Nə baş verdiyini heç kəs anlamır. (İndinin özünə qədər də bəziləri hesab edir ki, filmin ideologiyası sovet rejiminin xoşuna gəlmədiyindən, KQB lenti dəyişdirib və ya lentin "başına oyun açıb")

Hamı gözləyir ki, rejissoru infarkt vuracaq. Düzdür, Tarkovskini infarkt vurmur, ciddi daxili psixoloji sarsıntı keçirir. Amma buna rəğmən, minbir əziyyət bahasına olsa da, filmi yenidən çəkməyə başlayır...

Bu gün bizim baxdığımız "Stalker"in orijinal olmadığını çoxları bilmir. Lakin Tarkovskinin orijinallığı hər kadrda özünü göstərir...

Əvəz Qurbanlı
AzNews.az