Əli Həsənovun daha prezidentin köməkçisi olmaması hansı gerçəkləri dəyişməz?

Qurdlar yenə qurd kimi yaşayacaq, çaqqallar isə elə çaqqal kimi öləcəklər

Dünya insanın subyektiv varlığından və mülahizələrindən asılı olmayaraq mövcuddur. Fəlsəfədə buna obyektiv gerçəklik deyirlər. Məsələn, bizim Yer kürəsinin Günəş sisteminə, Günəş sisteminin də Südyolu qalaktikasına daxil olması, Ayın yaşadığımız planetin yeganə təbii peyki kimi səmada “qərar tutması” obyektiv reallıqdır. İnsanların Günəş, Ay, ümumiyyətlə kainat haqqında mülahizələrindən, şəxsi karyera və yaşam tərzlərindən asılı olmayaraq, bu gerçəklər dəyişməzdir. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun görəvindən alınması ilə bağlı dövlət başçımızın sərəncamından sonra öz gözündə tiri görməyib, Azərbaycan dövlətinə və prezidentinə sədaqətlə xidmət edən insanları qaralamağa çalışanların gerçək mahiyyətləri də belədir. O mahiyyəti heç bir vəzifə, heç bir iradə, heç bir nüfuz və təsir vasitəsi dəyişməyə qabil deyil. Odur ki, cənab Əli Həsənovun daha Prezident Administrasiyasında çalışmamasına nə qədər istəyirsiniz sevinin, çırtıq çalın, qeybət edin, dövlət başçısını ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisinin xətti ilə İlham Əliyevin siyasi kursunun müdafiəsində illərdir can qoyan, heç nədən çəkinmədən, nala-mıxa vurmadan ləyaqət, intellekt, fədakarlıq sərgiləyən adamlara “yandıq” verin... Ancaq bir şeyə özünüz üçün tam əmin olun: Əli Həsənovun vəzifəsindən çıxarılması bu ölkədə aşağıdakı adamlarla bağlı aşağıdakı gerçəkləri heç zaman dəyişməyəcək.

Bəli, Əli Həsənovun prezidentin köməkçisi olmaması Aslan İsmayılov kod adlı Allahverdinin bu ölkəyə imperiya nökəri kimi qayıtması, Sumqayıt hadisələrində soydaşlarımıza ölüm hökmü də daxil ən ağır cəzalar tələb etməsi, İlyas İsmayılovu pul qabına satması, dəfələrlə Azərbaycan hakimiyyətinə yaxınlaşıb, ancaq mandat almadığı üçün satqınlıq etməsi, 2013-cü ildə Rüstəm İbrahimbəyovun avantürist proyektində yer alması, Cəmil Həsənliyə səs dilənməsi, Bibiheybətdə Həmkarlar Konfederasiyasına məxsus torpaqları qanunsuz zəbt etməsi, “Emre Piliç” məsələsində erməni bicləri ilə işbirliyinə getməsi, PA-dan, Prokurorluqdan, Vəkillər Kollegiyasından rüsvayçılıqla qovulması, 1993-cü ildə Milli Məclisin tribunasından Ulu Öndər Heydər Əliyevə ağ yalan danışması, Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbə Təşkilatının sədri olmuş Kristina Puşua adlı bir casusun layihəsində oğlu ilə birgə yer alması gerçəkliyini dəyişməz.

Bəli, Əli Həsənovun prezidentin köməkçisi olmaması Mehman Əliyevin yeni əsrin başlanğıcında və cəmi 10 il ərzində Azərbaycan mediasına ayrılmış 300 milyon dolların KİV-in inkişafına deyil, şəxsi ciblərə yönəlməsi, pay-püş edilməsi, QHT lideri Sahib Məmmədovun təbiri ilə desəm, “O... turan“ agentliyinin direktorunun Azərbaycan prezidenti İlham Əliyevə qarşı ən böyük siyasi sui-qəsd layihəsi olan Rüstəm İbrahimbəyov avantürasında fəal iştirak etməsi, bu dövlətin birbaşa müstəqilliyinə xələl gətirəcək nalayiq və namərd bir şəkildə, tam da Əliheydər Qarayev zehniyyəti ilə Vladimir Putinə məktub yazması, o gün də gedib qanqster Əli İnsanovun masasında əyləşməsi gerçəkliyini dəyişməz!

Bəli, Əli Həsənovun prezidentin köməkçisi olmaması Arif Əliyevin Mehman Əliyevlə birgə 300 milyon dollar qrantın “yoxa çıxması”nda iştirak etməsi, pritça oğrusu olması, bu günə qədər heç bir uğurlu media proyekti ortaya qoya bilməməsi, Elçin Şıxlı sayaq Azərbaycan jurnalistlərinin təşkilatlanmasında öz merkantil zehniyyəti ilə “tormoz” funksiyası daşıması reallığını dəyişdirə bilməz.

Bəli, Əli Həsənovun prezidentin köməkçisi kimi daha ictimai-siyasi sahəni kurasiya etməməsi Qulu Məhərrəmlinin “professor” titulu daşısa belə, çağdaş medianın trendləri barədə qandığı bir qrafa olmaması, Fətullah Gülənin ziyarətinə gedib o şərəfsiz türk düşmənini “xəstə dünyanın təbibi” adlandırması, vaxtilə mediada ən rüşvətxor qurum olan AZ TV-də çalışarkən qazandığı namı, Azərbaycan hakimiyyətindən gen-bol bəhrələnib, titullar alıb Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd göstərilməsindən sonra coşması barədə faktları qətiyyən ört-basdır edə bilməz.

Bəli, Əli Həsənovun prezidentin köməkçisi olmaması Bəxtiyar Hacıyevin genetikası ilə bağlı problemləri, Fətullah Gülən adlı tülkünün quyruq qılı olması, Azərbaycan hakimiyyəti ilə dəfələrlə yüksək əlaqələr yaradıb, amma hər mövsümdə xəyanət etməsi, şərəfsiz, qeyrətsiz, nadürüst və rəzil bir şəkildə milli ordumuzda xidmət etməkdən yayınması faktlarını təkzib edə, ictimai yaddaşdan silə bilməz.

Bəli, Əli Həsənovun prezidentin köməkçisi olmaması iki uzunqulağın arpasını bölə bilməyən, ali baza təhsili ümümiyyətlə iqtisadiyyat olmayan, “elmi işlər”ində italyanca bilmədiyi halda italyan dilindəki kitablardan sitatlar gətirən, SSRİ-nin dağılmasından sonra kolxoz torpaqları ilə bağlı dissertasiya “müdafiə edən”, məhkəmələrdə sülənən və davamlı olaraq uduzan, parlament üzvü olduğu müddətdə bəzi şirkətləri yağmalamağa, ələ keçirməyə çalışan, müxtəlif dövlət qurumlarını şantaj etmək yolu ilə pul qazanmağa can atan, riyakar və əxlaqsız davranışlarına görə YAP-dan it kimi qovulan Nazim Bəydəmirlini Xədicənin mənəvi qardaşlığından çıxarmaz, çıxara bilməz.

Ən başlıcası, Əli Həsənovun daha prezidentin köməkçisi olmaması istedadsızı istedadlı, savadsızı savadlı, axmağı ağıllı, diletentı peşəkar, satqını comərd, namərdi mərd, şərəfsizi şərəfli, ləyaqətsizi ləyaqətli, riyakarı səmimi, fırıldaqçını dürüst, fahişəni bakirə, tamahkarı gözütox, girəvəçini, fürsətçini ağırtaxtalı edə bilməz.

Azərbaycan bu gün müstəqil olmayıb, İlham Əliyev də prezident kürsüsünə dünən əyləşməyib.

Dövlətçilik üçün ənənələr, ardıcıllıq, davamlılıq əsasdır və bu baxımdan ən gərəkli resurs- hər kəs haqqında bol informasiya var dövlətimizdə və prezidentimizdə.

Qısacası, Əli Həsənovun vəzifədən alınmasına sevinərək kəsdiyiniz xəngəli yeyəndən sonra, sarımsaq qoxulu nəfəsinizi sosial şəbəkələrə üfürməyin, həyatın prinsipi dəyişməzdir: qurdlar yenə qurd kimi yaşayacaq, çaqqallar isə elə çaqqal kimi öləcəklər.

Taleh Şahsuvarlı,

AzNews.az xəbər portalının Baş redaktoru