Biz qayıtdıq, amma peşəkar zabitlərimiz, gizirlərimiz, çağırışçı əsgərlərimiz orada- qarın, şaxtanın qabağındadır. Salam olsun hər birinə! Biz qayıtdıq, amma peşəkar zabitlərimiz, gizirlərimiz, çağırışçı əsgərlərimiz orada- qarın, şaxtanın qabağındadır. Salam olsun hər birinə!

Deyirdi şəhid olacam, Mehman...

Biz qayıtdıq, amma peşəkar zabitlərimiz, gizirlərimiz, çağırışçı əsgərlərimiz orada- qarın, şaxtanın qabağındadır. Salam olsun hər birinə!

Qar, yağış, leysan demək səngərlərin su ilə dolmasıdır. Bir əsgərin kol dibində üşüməsidir. Təchizat gətirən maşınların zığa, palçığa batıb gecikməsidir. Odun toplamaq, yandırmaq, qızınmaq üçün mina dolu ərazilərdən keçmək, səhra yatacağında yerdən soyuq çəkməkdir. Bəzən bir bürüşmüş alma, buzlamış yerkökü, tapanda isti şirinçaydır. Amma bütün hallarda lüləsi sırsıra tutmuş avtomatdır cəbhədə. Biz qayıtdıq, amma peşəkar zabitlərimiz, gizirlərimiz, çağırışçı əsgərlərimiz orada- qarın, şaxtanın qabağındadır. Salam olsun hər birinə!

Əsgər yaxınlarına isə demək istəyirəm ki, təbii çətinliklərə rəğmən, çox narahat olmasınlar. Azərbaycan ordusunda heç bir zabit əsgərdən qabaq yemək yemir. Əsgəri üşüyən zabit öz buşlatını, jaketini çıxardıb verər, öz doğma balası kimi onun qayğısına qalar, amma əsla və əsla düşmən qarşısında mənən sındırmaz.

Bu cür zabitlərdən biri Mehman Şirvanov idi. Mehmanı baş leytenant olduğu zamanlardan tanıyırdım. Eyni hərbi hissədə qulluq etmişdik. Yoldaşlığımız sonralar da davam etmişdi. Tez-tez görüşməsək də, bayramlarda mütləq zəngləşərdik. Hər dəfə "nə qulluq" deyə soruşanda, "gec-tez müharibə başlayacaq, mən şəhid olacam, onda məndən yazarsan" deyirdi. Gözlərində qəribə bir parıltı vardı və onun müharibənin başladığı ilk günlərdə şəhid olması xəbərini ortaq zabit dostlarımızdan xəbər alanda ağlıma o parıltı gəldi. Demək ki, özü də bilirmiş, hiss edirmiş taleyini, gözlərinə yansıyıbmış şəhidlik. Qızının adı Nuraydır. Mənim də bir qızım eyni adı daşıyır. Bu gün qızıma birbalaca cibxərcliyi verdim, kitab alacaqdı. Mehmanın balası yadıma düşdü. Fevralın əvvəllərində mütləq gedib ziyarət edəcəm. Özünü də, övladını da! Ruhun şad olsun, əziz polkovnik- leytenant, sən OĞUL idin!

Taleh Şahsuvarlı