Paşinyan üçün Qafqazda sülhün bərqərar olması deyil, Qərbin istəkləri önəmlidir Paşinyan üçün Qafqazda sülhün bərqərar olması deyil, Qərbin istəkləri önəmlidir
  • Yazarlar
  • 30 Sentyabr 2022 20:15
  •  8 062

Ermənistan müharibə anonsu verir. Nəynən, Alışyan?

Paşinyan üçün Qafqazda sülhün bərqərar olması deyil, Qərbin istəkləri önəmlidir

Ermənistan SQ baş qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan jurnalistlərin “hansı cavab addımları atılacaq” sualını cavablandırıb və deyib: “Əraziləri bərpa etmək üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur”.

Sual olunur: hansı əraziləri?

Bu gün Azərbaycan ordusu Ermənistanın SSRİ dövründə mövcud olan, ancaq sərhəd hesab olunmayan, demarkasiya və delimitasiya edilməyən hüdudlarını keçərək torpaqlarının heç 1 metrinə də girməyib. Əksinə, Ermənistan Azərbaycanın torpaqlarının tamamını hələ geri qaytarmayıb.

Bəs, Martikyan nədən danışır?

Bu dünyanın heç bir ordusu hücumla bağlı anons vermir. Hücum qəfil olanda effektli olur. Amma müharibə hiylə işidir. Martikyan hücumdan danışmaqla bizi arxayın salmaq, sözünün blef hesab edilməsini düşünməyimizi arzulaya bilər. Eyni zamanda, bu başqa bir istiqamətdə hücum üçün diqqətimizi Kəlbəcər və Laçın bölgəsinə çəkmək məqsədi güdə bilər. Odur ki, bütün hallarda AYIQ VƏ SAYIQ olmalıyıq.

Amma mən bu mesajı tamam fərqli hərflərlə oxumağın tərəfdarıyam.

Çox təəssüflər olsun ki, qrantyeyənlər bizim Rusiya-Ukrayna savaşını düzgün təhlil etməyimizə imkan vermədi. Daha doğrusu, biz düz təhlil etdik, amma ictimai rəyi Zelenski barədə yanlış qənaətlərə sürüklədilər. Zelenski bu dünyada öz dövlərtinin maraqlarının əleyhinə çalışan gəlmiş-keçmiş ən "örnək" dövlət başçısıdır. Onun daha zəif, daha uğursuz variantı isə Nikol Paşinyandır. Nikol Paşinyan həm də o adamdır ki, müharibəni uduzduğu halda onun hakimiyyətdən getməsinə izn vermədilər. Biz də qalmasından yana olduq, amma bu başqa məsələdir.

Nikolu iqtidara gətirənlər ondan bir neçə məsələdə konkret addımlar tələb edirlər:

- Ermənistanı Rusiyanın kontrolundan çıxarmaq;
- Ermənistana Qərb hərbi qüvvələrinin girməsini təmin etmək;
- Rusiyanın Qafqazda yeni cəbhə açmağa təhrik etmək;
- Türkiyəni Rusiya ilə qarşı-qarşı qoymaq;
- İranda başlanacaq proseslərdə Azərbaycanın aktiv rol almasına imkan verməmək.

Çox-çox üzr istəyirəm, uşaqların anus dəliyində qıl qurdlar olur, qaşınma verir. Ermənistan dünya siyasətinin anus dəliyindəki qıl qurddur. Rusiya göz yumsun, Türkiyə arxamızda dayansın, o qıl qurdun yuvasını dağıtmaq üçün Azərbaycan ordusuna iki həftə zaman lazımdır. 15-ci gün İrəvanda Üçrəngli, Aylı-Ulduzlu bayraq dalğalanacaq.

Paşinyan bunu bilmirmi?

Çox gözəl bilir!

Amma onun üçün Qafqazda sülhün bərqərar olması deyil, Qərbin istəkləri önəmlidir. O arxayındır ki, Ukraynada olduğu kimi, Azərbaycan ordusunun qarşısına da iki həfləlik müharbədə kollektiv Qərbin muzdlu dəstələri çıxacaq. Ən qəribəsi, bu muzdlular İrandan keçib Ermənistanın ərazisinə girəcək.

Qısacası, Nikolun getmək vaxtıdır!