• COP29
  • 19 İyun 21:47
  •  15 293

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir.

Aznews.az xəbər verir ki, Avropa komissarı Vopke Hoekstra iyunun 20-də Azərbaycana səfər edəcək.

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarının səfərinin məqsədi hökumət rəsmiləri və vətəndaş cəmiyyəti ilə görüşmək və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlığı müzakirə etməkdir.

Komissar Hoekstranın Bakıda səfərdə olarkən bir sıra dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulur. Aİ rəsmisi, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.