""Həzi Aslanov" - "Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb". ""Həzi Aslanov" - "Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb".

Bakı metrosunda qatar tuneldə qaldı

""Həzi Aslanov" - "Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb".

AzNews.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq olub:

"Saat 18:45-də sərnişinləri 28 May stansiyasında boşaldıb Nizami stansiyasından qatarı geri depoya göndərməli olduq. Təəssüf ki, qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".

Qeyd edək ki, yaranan problem aradan qaldırılıb.

N.Paşayev bildirib ki, qatarda yaranmış problem tam aradan qaldırılıb və depoya yola salınıb: "Hazırda qatarların hərəkətində fasilələr yaranıb. Çalışırıq ki, intervalda olan gecikmələri aradan qaldıraq".