06:20
(077) 610-22-33

Müəllimlərin qurultayına təkliflər elektron poçtla qəbul olunacaq

  • >
416 5 Dekabr 2013 22:24 | Cəmiyyət

Dekabrın 14-də Təhsil Nazirliyi tərəfindən Azərbaycan müəllimlərinin XIV qurultayının keçirilməsi nəzərdə tutulub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Azərbaycan müəllimlərinin XIV qurultayı ilə bağlı təkliflərin qəbulu məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq elektron poçt ünvanı istifadəyə verilib.

Təhsil ictimaiyyətinin nümayəndələri, mütəxəssislər və digər əlaqədar şəxslər qurultayda müzakirəsi məqsədəuyğun hesab edilən məsələlərlə bağlı müvafiq təkliflərini qurultay@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.


AzNews.az
Bağla X