11:26
(077) 610-22-33

Axır ki, Dədə Süleyman yada düşdü

  • >
1 553 15 Sentyabr 2012 08:49 | Mədəniyyət

"Sağ olsun, axır ki, Dədə Süleyman da yada düşdü. Mən adımı bu dünyadan köçməmiş aldım. Əgər adsız köçsəydim, yaxınlarım pis olardı, narahat qalardılar. Səhərə kimi yatmadım. Nə qədər zəng olar? Qonşular, qohumlar da hamısı tökülüb gəlmişdi". Bunu AzNews.az-a dünən "Əməkdar artist" adını almış Süleyman Abdullayev dedi.

Xanəndə fəxri ada layiq görüldüyünə görə, ilk öncə prezident İlham Əliyevə təşəkkürünü bildirdi: "Mənim adımı ona təqdim edəndə İlham Əliyev deyib ki, ona bu ad çoxdan verilməliydi. Yəqin ki, yaxın vaxtlarda Xalq artisti adını da verərlər. Hər halda mən buna ümid edirəm. Hamı bilir ki, Dədə Süleyman kimdir. Mənim Azərbaycan muğam sənətinin inkişafında böyük xidmətlərim olub".

Bahar
AzNews.az
Bağla X