19 yaşlı gənc bıçaqlandı- Gəncədə

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Maqsud Quliyev döş qəfəsinin kəsilmiş-deşilmiş və baş nahiyəsinin yarası diaqnozu ilə xəstəxanaya daxil olub. 19 yaşlı gənc əməliyyat edilib. Hazırda vəziyyəti orta-ağır hesab edilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi aşılıb. Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

AzNews.az