Rza Zərrabdan alınan rüşvət ayaqqabı qutusunda- 4,5 milyon dollar

Adı azərbaycanlı iş adamı Rza Zərrabla rüşvət qalmaqalında hallandırıldığı üçün saxlanılan "Halk Bank"ın müdiri Süleyman Aslanın evindən 4,5 milyon dollar tapılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, bank müdiri pulları ayaqqabı qutularının içində gizlədib.

Bank müdirinin xanımı bir telefon danışığında "yaşıllar gəldi" ifadəsi işlədib. Bununla da bank müdirinin pulları evində saxladığı təxmin edilib.

Evdə aparılan axtarış zamanı kitabxanada saxlanılan ayaqqabı qutularının içindən 4,5 milyon dolaar tapılıb.

Qeyd edək ki, S.Aslanın rüşvət müqabilində R.Zərraba İrana külli miqdarda çirkli pul transfer etməyə kömək etdiyi bildirilir.

Elnarə
AzNews.az
image description image description