- Hadisə
- 16:04
- 1 516
Əməkdar artist Cabir İmanov dəfn edilib - YENİLƏNİB

Əməkdar artist Cabir İmanov dəfn edilib.
APA xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Cabir İmanovla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzində keçirilib.
13:08
Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
APA xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, incəsənət və mədəniyyət xadimləri iştirak edirlər.
Qeyd edək ki, Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Cabir İmanov dünən ürək tutması səbəbilə vəfat edib.
