- Hadisə
- 19:09
- 899
Gəncədə avtomobil divara çırpılıb, 3 nəfər xəsarət alıb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, şəhər ərazisində “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza zamanı 2 nəfər-1999-cu il təvəllüdlü R.Namazov və 2006-cı il təvəllüdlü G.Huseynova və 1958-ci il təvəllüdlü N.Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.