Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var - FOTO

Astarada yol qəzası baş verib.

Hadisə Təngərud kəndi ərazisində qeydə alınıb.

Astara-Lənkəran xətti ilə hərəkətdə olan "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Mikroavtobus daha sonra aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanlar var.

Elektrik dirəyi aşdığına görə, xətlər qırılıb, ətraf ərazilərə enerji verilişində fasilə yaranıb.

Mikroavtobusun aşması nəticədində iki nəfər ölüb.

Aznews.az xəbər verir ki, qəzada ölənlərin 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova olduğu bildirilir.

Qəzada 5 nəfər xəsarət alıb. Məlumata görə, onlar toya gedirmiş./APA

AzNews.az

image description image description image description image description image description