- Hadisə
- 4 Yanvar 15:25
- 2 889
Sumqayıtda altı avtomobil toqquşub - FOTO
Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
İlkin məlumata görə, iki "Opel", "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.