Şəmkirdə I Qarabağ müharibəsinin itkin-şəhidi Yolçu Məmmədov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Yolçu Məmmədov dəfn olunub.

Aznews.az xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Seyfəli kənd qəbiristanlığında torpağa tapşırılıb.