- Hadisə
- 10:14
- 1 661
Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu, biri öldü - FOTO
Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.
Səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndinin ərazisindən keçən hissəsində yanan “Ford Tranzit” markalı yük avtomobilini söndürən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını “Ateco” markalı yük avtomobili vurub. Nəticədə, 1983-cü il təvəllüdlü Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb. Digər əməkdaş, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Aznews.az