Bir sıra məntəqələrdə səsvermələrin müddəti artırılıb Bir sıra məntəqələrdə səsvermələrin müddəti artırılıb

İranda seçkilər yubanma ilə başa çatdı

Bir sıra məntəqələrdə səsvermələrin müddəti artırılıb

İranda seçki məntəqələri bağlanıb və parlament seçkiləri başa çatıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, parlament seçkiləri ötən gün yerli vaxtla saat 8:00-də (Bakı vaxtı ilə saat 8:30-da) başlayıb. Səsvermələr saat 18:00-da (Bakı vaxtı ilə saat 18:30-da) qurtarmalı idi. Lakin bir sıra məntəqələrdə səsvermələrin müddəti artırılıb. Hakimiyyət orqanları bildirib ki, bu, seçicilərin sayının çoxluğu ilə əlaqədardır.

Səsvermə nəhayət Bakı vaxtı ilə saat 00:30-da başa çatıb. Seçkilərin keçirilməsi üzrə qərargahın rəsmi nümayəndəsi İsmayıl Musavi səsvermələrin başa çatdığını bildirib.