"Dünyanın heç bir yerində qarışıqlıq və xaos qəbuledilməzdir" "Dünyanın heç bir yerində qarışıqlıq və xaos qəbuledilməzdir"

İran prezidentinin etirazlarla bağlı danışıb

"Dünyanın heç bir yerində qarışıqlıq və xaos qəbuledilməzdir"

“Tənqid, etiraz, qarışıqlıq və xaos arasındakı sərhəd müəyyən edilməlidir. Dünyanın heç bir yerində qarışıqlıq və xaos qəbuledilməzdir”.

AzNews.az xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi dövlət televiziyasında canlı yayımlanan proqramda Məhsa Aminin ölümündən danışıb.

“Tənqid, etiraz, qarışıqlıq və xaos arasındakı sərhəd müəyyən edilməlidir. Dünyanın heç bir yerində qarışıqlıq və xaos qəbuledilməzdir”, - deyə o bildirib.

Məhsa Aminin ölümünün hər kəsi kədərləndirdiyini və hadisənin araşdırılması üçün aidiyyatı qurumlara tapşırıqlar verdiyini qeyd edib.

Rəisi bildirib ki, Amininin ölüm xəbərini aldığı zaman ailəsinə zəng edərək başsağlığı verib: “Onlara dedim ki, bu, mənim və hər bir iranlı üçün üzücü xəbərdir. Məsələni izləyəcəyəm. Bu, bizim borcumuzdur, prinsipimiz şəffaflıq və ədalətin yerini tapmasıdır”.

Züriyə Qarayeva