- Ermənistan və Gürcüstan
- 2 Oktyabr 2022 22:49
- 9 161
Gürcüstanda itkin düşən alpinistlərin meyitləri tapılıb
Onların əcnəbi olduğu bildirilib
Gürcüstanın Mestia bələdiyyəsində itkin düşmüş üç turistin meyitləri tapılıb.
Aznews.az xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə hallar xidməti yayıb.
Bildirilib ki, axtarış-xilasetmə işləri nəticəsində hər üç aplinistin meyiti Tetnuldi zirvəsi (4 869 m.) yaxınlığında tapılıb.
Onların əcnəbi olduğu bildirilib. Məlumata görə, alpinistlərlə əlaqə bir neçə gün əvvəl kəsilib.