İranda Mahsa Əmini adlı gənc qızın ölümündən sonra başlayan etirazlar məktəblərə də sirayət edib İranda Mahsa Əmini adlı gənc qızın ölümündən sonra başlayan etirazlar məktəblərə də sirayət edib

İranda uşaqlar həbs olundu, tətillər başladı

İranda Mahsa Əmini adlı gənc qızın ölümündən sonra başlayan etirazlar məktəblərə də sirayət edib

Təhlükəsizlik qüvvələrinin bəzilərinin nömrəsiz avtomobillərlə məktəblərə gələrək şagirdləri saxladığı bildirilib.

İran rəsmiləri isə tələbələrin məktəbdən qovulmadığını və onların ailələri ilə əlaqə saxlandığını bildirsə də, həbslərlə bağlı açıqlama verməyib.

Norveçdə yerləşən “Hengaw” insan haqları qrupu həftə sonu keçirilən müdaxilə zamanı polisin etirazçılara atəş açdığını və iki nəfəri öldürdüyünü iddia edərək, etirazlarda 18 yaşından kiçik 18 gəncin həyatını itirdiyini açıqlayıb. İran İnsan Haqları təşkilatı isə qarşıdurmada indiyədək 19-u uşaq olmaqla ən azı 185 nəfərin həyatını itirdiyini açıqlayıb.

Digər tərəfdən, müxalif İran mediasında yer alan xəbərlərə görə, dünən Buşehr vilayətinin Aseluye şəhərindəki Abadan Neft Emalı Zavodunda bəzi işçilər etirazlara dəstək vermək üçün tətilə başlayıblar. İşçilərin obyektə gedən yolu bağladığı və çəlləklərin yandırıldığı görüntülər də sosial mediada paylaşılıb. Subpodratlı Neftçilərin Etirazları üzrə Təşkilat Şurası adlı bir təşkilat da Telegram vasitəsilə bütün neft-kimya işçilərini ölkə miqyasında tətil etməyə çağırıb.

Züriyə Qarayeva