- Ermənistan və Gürcüstan
- 10 İyul 2024 17:30
- 9 175
Almaniya da ABŞ-nin ardınca Gürcüstanla münasibətlərə yenidən baxmaq qərarına gəlib
Almaniya da ABŞ-nin ardınca Gürcüstanla münasibətlərə yenidən baxacaq.
Bu barədə Tbilisidəki səfir Peter Fişer bildirib.
“Biz Gürcüstanla da münasibətlərimizi nəzərdən keçiririk. Biz Gürcüstan qarşısında heç bir yeni öhdəlik götürməməyə qərar vermişik, ona görə də Almaniyadan yeni maliyyə öhdəlikləri olmayacaq. Alman hərbçiləri də “Layiqli Tərəfdaş” təlimlərində iştirakdan imtina ediblər”, – "Civil Georgia" portalı onun sözlərini sitat gətirir.
Fişer qeyd edib ki, Berlin 2023-cü ildə Tbilisidə keçirilən və bu ilin yayında Almaniyanın paytaxtında keçirilməli olan böyük hüquq forumunu ləğv edib və bundan sonrakı fəaliyyətləri də nəzərdən keçirir. Səfir həmçinin Avropa İttifaqının (Aİ) ölkənin üzvlük prosesini dayandırmaq qərarını təsdiqləyib və vətəndaşları Aİ-nin onlar üçün nə demək olduğunu bir daha düşünməyə çağırıb.
Mövsüm
Aznews.az