İrəvanda “Eagle Partner 2024” adlı erməni-amerikan birgə təlimləri başlayıb

İrəvanda ABŞ və Ermənistan Silahlı Qüvvələrinin “Qartal tərəfdaşı 2024” adlı birgə təlimləri başlayıb.

“Mən beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirirəm”, - Ermənistanın müdafiə naziri Suren Papikyan mərasimin açılış çıxışında qeyd edib.

Bundan əlavə, nazirlik rəhbəri ABŞ ordusunun komandanlığına, Ermənistanın tərəfdaşlıq müqaviləsi bağladığı Kanzas Milli Qvardiyasına, səfirliyin və digər idarələrin nümayəndələrinə təşəkkürünü bildirib.

Mövsüm

AzNews.az