ABŞ Ermənistan Müdafiə Nazirliyinə müşavir göndərəcək

ABŞ ordusunun müşaviri Ermənistan Müdafiə Nazirliyinə göndəriləcək.

Bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanın “Hetq ” nəşrinə müsahibəsində bildirib.

“Bu, çoxdan gözlənilən hadisələrin inkişafıdır, mən sizə səfirimiz və mətbuat xidmətimizlə müzakirə etməyi tövsiyə edərdim. Biz ABŞ və Ermənistan arasında müdafiə və mülki təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu, ABŞ-Ermənistan münasibətlərinin strateji tərəfdaşlığa tarixi keçidində təcəssüm tapmış ruhun bir hissəsidir”,-deyə Uzra Zeya qeyd edib.

Mövsüm

AzNews.az