Kobaxidze: Müxalifət seçkilərdə qalib gəlsə, Rusiyaya qarşı ikinci cəbhə açılacaq

Əgər müxalifət oktyabrda keçiriləcək parlament seçkilərində qalib gəlsə, Gürcüstan “bir neçə gün ərzində” Rusiya ilə hərbi qarşıdurmanın ikinci cəbhəsinə çevriləcək.

Bu barədə baş nazir İrakli Kobaxidze məlumat verib.

“Əgər siz nəzəri olaraq kollektiv Milli Hərəkatın (müxalifət - red.) hakimiyyətə gəlməsini təsəvvür edirsinizsə, məsələn, noyabra qədər seçkilərdən sonra sizə zəmanət verirəm ki, Gürcüstan ikinci cəbhəyə çevriləcək. Mən əldə etdiyim məlumata və keçmiş təcrübəmə əsaslanaraq buna zəmanət verirəm”, - deyə Rustavi-2 telekanalı onun sözlərini sitat gətirib.

Mövsüm

AzNews.az