Daxili işlər naziri Ramil Usubov bu il keçiriləcək kütləvi tədbirlərlə əlaqədar Əlahiddə Çevik Polis Alayına tapşırıqlar verib. Daxili işlər naziri Ramil Usubov bu il keçiriləcək kütləvi tədbirlərlə əlaqədar Əlahiddə Çevik Polis Alayına tapşırıqlar verib.
  • Paytaxt
  • 15 Yanvar 2019 16:17
  •  1 670

Usubov Əlahiddə Çevik Polis Alayına tapşırıqlar verdi

Daxili işlər naziri Ramil Usubov bu il keçiriləcək kütləvi tədbirlərlə əlaqədar Əlahiddə Çevik Polis Alayına tapşırıqlar verib.

R.Usubov Əlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan əməliyyat müşavirəsində deyib ki, Alay bu istiqamətdə böyük təcrübə qazanıb.

R.Usubov çıxışı zamanı “2019 Formula-1 Azərbaycan Qran Pri”si, futbol üzrə UEFA Avropa Liqasının final görüşü, Avropa Gənclər Olimpiya Festivalı kimi beynəlxalq əhəmiyyətli idman tədbirlərinin keçiriləcəyi ilə əlaqədar qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra edilməsinin, qüvvə və vasitələrin tədbirlər ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsinin, həmçinin peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

© AzNews.az