Görüşdə hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparılıb Görüşdə hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparılıb
  • Paytaxt
  • 22 İyun 2021 21:18
  •  5 635

Azərbaycan ilə Pakistan hərbi nümayəndə heyətləri görüşüb

Görüşdə hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparılıb

Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində iyunun 22-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.