Ceyhun Bayramov ölkəmizə səfər edən Rusiya Federasiyasının Xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Ceyhun Bayramov ölkəmizə səfər edən Rusiya Federasiyasının Xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
  • Paytaxt
  • 30 İyun 2022 22:25
  •  3 749

Lavrovun müavini Bakıda məsləhətləşmələr aparıb - YENİLƏNİB

Ceyhun Bayramov ölkəmizə səfər edən Rusiya Federasiyasının Xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

29 iyun 2022-ci il tarixində, 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr planına” uyğun olaraq, Azərbaycan və Rusiya XİN-ləri arasında Avropa və regional təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib.

Aznews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən verilən məlumata görə, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun rəhbərlik etdiyi nümayəndə heyətləri Avropa təhlükəsizliyi, Avropa regional təşkilatlarının gündəliyində duran məsələlər və regional təhlükəsizlik vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarının tam şəkildə icrasının vacibliyini vurğulayaraq, bu kontekstdə Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşma prosesinin müxtəlif aspektləri ətrafında cari vəziyyəti müzakirə ediblər.

30 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramovun məsləhətləşmələr məqsədilə ölkəmizə səfər edən Rusiya Federasiyasının Xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

***

Saat 22:00

Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri (XİN) arasında məsləhətləşmələr keçirilib.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, iyunun 29-da Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Bakıda regional və Avropa təhlükəsizliyi məsələləri üzrə hər iki nazirlik arasında məsləhətləşmələrdə iştirak edib.

İyunun 30-da o, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən qəbul edilib.

Avropadakı mövcud vəziyyət, o cümlədən Rusiya və Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətləri, ATƏT və Avropa Şurasındakı vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin beynəlxalq və regional gündəlikdəki məsələlərin geniş spektrini müzakirə edibər

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında regionda dinc həyatın dəstəklənməsi və sabitliyin möhkəmləndirilməsi, nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması ilə bağlı 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmaların icrası nəzərdən keçirilib.

Hər iki tərəf bu məsələ ilə bağlı sıx dialoq saxlamaq niyyətlərini təsdiqləyib.