Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
  • Paytaxt
  • 1 Avqust 2022 20:54
  •  5 177

SOCAR prezidenti Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini ilə görüşüb

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf avqustun 1-də Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində mövcud əməkdaşlığın müsbət nəticələrindən məmnunluq ifadə edilib.

Azərbaycan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan qlobal layihələrin ölkələrimizin strateji maraqlarının təmin olunmasına xidmət etdiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.