• Paytaxt
  • 19 Yanvar 2024 19:29
  •  8 188

Aygün Əliyeva: Qarşıya qoyulan hədəflərin öhdəsindən gələcəyik!

“Vətəndaş cəmiyyətinin dəstəyi və həmrəyliyi ilə qarşıya qoyulan hədəflərin öhdəsindən gələcəyik!”
Aznews.az xəbər verir ki, Bu fikirləri Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva öz sosial şəbəkə hesabında qeyd edib.

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Təşkilat Komitəsində təmsil olunması qürurvericidir…
Vətəndaş cəmiyyətinin dəstəyi və həmrəyliyi ilə qarşıya qoyulan hədəflərin öhdəsindən gələcəyik!
Vətənimiz daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək!”

Qeyd edək ki, COP29 Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Yeni tərkibdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da var.