Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin genişlənməsi üçün tədbirlər payız sessiyasında keçiriləcək

"Heç təsadüfi deyil ki, bu gün Prezidentin köməkçisi Hikmət Hacıyev ABŞ-da çox mühüm görüşlər keçirir”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, ABŞ-la parlamentlərarası əlaqələrin inkişaf edəcəyinə ümid edir: “Bunun üçün Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələrin genişlənməsi üçün müxtəlif tədbirlər payız sessiyasında keçiriləcək. Bu gün Azərbaycan-ABŞ münasibətləri yeni mərhələ yaşayır”.

APA