- Paytaxt
- 17:17
- 1 553
Hikmət Hacıyev Vaşinqtonda ABŞ Dövlət katibinin müavini ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.
Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.
Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərə dərin müzakirələr aparıb.
AzNews.az