- Paytaxt
- 12:43
- 1 908
Prezidentin köməkçisi: Zəngəzur dəhlizinin Azərbaycan hissəsində tikinti işləri yekun mərhələyə çatır
 
            "Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində tikinti işləri yekun mərhələyə çatır".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
"Azərbaycan bölgədə nəqliyyat və logistika əlaqələrinin qurulması üçün yerində ciddi işlər aparır", - paylaşımda vurğulanıb.
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            