- Paytaxt
- 18:40
- 968
Səfir: Yaxın həftələrdə Azərbaycanın biznes nümayəndə heyətinin Estoniyaya səfəri gözlənilir
Yaxın həftələrdə Azərbaycanın biznes nümayəndə heyətinin Estoniyaya səfər edəcəyi gözlənilir.
Aznews.az xəbər verir ki, bunu Estoniyanın Azərbaycan üzrə qeyri-rezident səfiri Vayno Reynart deyib.
Səfirin sözlərinə görə, Estoniya Azərbaycanla siyasi qarşılıqlı əlaqəni intensivləşdirməyə tam hazırdır.
"Xarici işlər naziri Marqus Tsahknanın bu yaxınlarda Bakıya səfəri zamanı bir sıra əməkdaşlıq imkanları, o cümlədən müntəzəm siyasi dialoqun bərpası, eləcə də mümkün sektor səfərləri müzakirə edildi. Bildiyiniz kimi, nazir Tsahknaya böyük bir işgüzar nümayəndə heyəti müşayiət edirdi və biz yaxın həftələrdə Azərbaycandan biznes nümayəndə heyətinin Estoniyaya səfər edəcəyini gözləyirik. Regional perspektivin yaxşılaşması fonunda inanıram ki, şirkətlərimiz gələcək əməkdaşlıq üçün daha cəlbedici imkanlar tapacaqlar".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.