- Paytaxt
- 12:55
- 1 508
Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Avstriyaya gedib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.
Aznews.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.