Gəncəyə aparmaq adıyla mindirdiyi müştərini Yevlaxda düşürən taksi sürücüsü ona irad tutan sürücünü bıçaqlayıb. Gəncəyə aparmaq adıyla mindirdiyi müştərini Yevlaxda düşürən taksi sürücüsü ona irad tutan sürücünü bıçaqlayıb.

Taksi sürücülərinin film kimi cinayəti - Müştəri üstündə

Gəncəyə aparmaq adıyla mindirdiyi müştərini Yevlaxda düşürən taksi sürücüsü ona irad tutan sürücünü bıçaqlayıb.


Fevralın 3-də Tural Rüstəmlinin taksi sürücülərinin cinayət xarakterli əməlinə şahidlik etməsi təsadüfən baş verib. Tural üzləşdiyi və şahidi olduğunu hadisələri bölüşüb: "Bu gün saat 15:50 radələrində Bakı Beynəlxalq Avtovağzalında həyat yoldaşımla Gəncəyə getmək yçün taksilərə yaxınlaşdıq. Bizə ilk yaxınlaşan taksi sürücüsünə 20 manata Gəncədə həyətə qədər aparmağa razı olub-olmadığını soruşdum, o da razılaşdı. Bu an başqa bir taksi sürücüsü bizə yaxınlaşıb az öncə danışdığımız sürücüyə bildirdi ki, sən Gəncəyə getmirsən, niyə müştəriləri götürürsən? Camaatı Yevlaxda düşürürsən ki, özün get. Bu anda bizi aparmalı olan taksi sürücüsü ona irad tutan sürücüyə yüngülvari təpik vurdu, mübahisə yarandı. Hadisə yerinə polislər gəldiyi üçün ara sakitləşdi. Oturduq maşına, yola düşdük. "NAZ-Lifan" markalı, 90 AN 943 dövlət nömrə nişanlı taksi Yevlaxın girəcəyinə çatana qədər hər şey yaddan çıxmışdı. Yevlaxa 2-3 km qalmış maşının benzini qurtardı. Sürücü yol taksilərinin birinə pul verdi ki, qarşıdakı yanacaqdoldurma məntəqəsindən benzin alıb gətirsin. Bu arada Bakıda mübahisəsi düşmüş sürücü "Mercedes Vito" markalı avtomobillə gəlib çatdı. Düz bizim olduğumuz maşının qarşısında saxladı, içərisində də çoxlu sərnişin var idi. Maşından 3-4 nəfər düşüb bizim sürücüyə yaxınlaşdı, dava düşdü. Bizim sürücüsü bıçaq çıxarıb "Vito"nun sürücüsünün ayağına zərbə vurdu. Bu anda benzini gətirdilər, maşina töküb dedi, tez olun, getdik. Gəldi Yevlaxın dairəsinə çatanda iki dəfə əks yola çıxaraq qəza şəraiti yaratdı, bizi çox qorxutdu. Bütün Yevlax taksilərini yola yığmışdı ki, arxadan gələn "Vito" sürücüsü ilə dava edəcək. Burada da dava düşdü. Sürücü bizə bildirdi ki, düşün başqa maşınla gedin, mən Gəncəyə getmirəm. Pulu da qaytarmadı. Məlum oldu ki, o, həmişə belə edir, Gəncə adı ilə müştəriləri mindirib gətirib Yevlaxda atıb gedir".

Avtosfer.az