Bakı Metropoliteninin yeni “Bənövşəyi xəttində” yeddi vaqonlu qatarlar hərəkət edəcək. Bakı Metropoliteninin yeni “Bənövşəyi xəttində” yeddi vaqonlu qatarlar hərəkət edəcək.

Metronun yeni stansiyalarında 7 vaqonlu qatarlar hərəkət edəcək

Bakı Metropoliteninin yeni “Bənövşəyi xəttində” yeddi vaqonlu qatarlar hərəkət edəcək.


Bu barədə "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə görə bənövşəyi xəttin 12 stansiyası olacaq. Həmin xətt Avtovağzaldan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanacaq: "Hazırda inşası tamamlanmaq üzrə olan "Avtovağzal" və "Memar Əcəmi-2" metro stansiyaları həmin xətdə yerləşir. Bənövşəyi xəttin yaşıl və qırmızı xətlə əlaqəsi yalnız keçid stansiyalar vasitəsilə mümkün olacaq. Məsələn, bənövşəyi xəttin Memar Əcəmi-2 stansiyasında sərnişinlər yaşıl xəttin Memar Əcəmi stansiyasına keçə biləcəklər. Bu il "Avtovağzal" və "Memar Əcəmi-2" metro stansiyaları istifadəyə veriləcək. "Bənövşəyi xətt" tamamilə ayrı xətdir".

N.Paşayev deyib ki, bənövşəyi xəttin stansiyaları 7 vaqonlu qatarlar üçün nəzərdə tutulsa da, ilkin mərhələdə 5 vaqonlu qatarlardan istifadə ediləcək.

Trend.az