Mərhum xalq artistinin ölümünə səbəb ola biləcək zəhərlər, sui-qəsd üsulları... Xəbər verdiyimiz kimi, bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı araşdırma aparılır. Yerli medianın yazdığına görə, prokurorluq əməkdaşları onun evində zəruri istintaq hərəkətləri aparıb və əl izləri də götürüblər. İlkin versiyalara görə, hüquq-mühafizə orqanları əməkdaşları sui-qəsd versiyasını da araşdırırlar.Buna səbəb isə İ.Qulieyevanın ötən ilin oktyabrında keçirdiyi mətbuat konfransında ona qarşı sui-qəsd hazırlandığı və öldürülməsinə cəhdlər edildiyi barədə çıxışlar etməsi idi. Mərhum xalq artistinin ölümünə səbəb ola biləcək zəhərlər, sui-qəsd üsulları... Xəbər verdiyimiz kimi, bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı araşdırma aparılır. Yerli medianın yazdığına görə, prokurorluq əməkdaşları onun evində zəruri istintaq hərəkətləri aparıb və əl izləri də götürüblər. İlkin versiyalara görə, hüquq-mühafizə orqanları əməkdaşları sui-qəsd versiyasını da araşdırırlar.Buna səbəb isə İ.Qulieyevanın ötən ilin oktyabrında keçirdiyi mətbuat konfransında ona qarşı sui-qəsd hazırlandığı və öldürülməsinə cəhdlər edildiyi barədə çıxışlar etməsi idi.

İlhamə Quliyevanın ölüm səbəbi – Xalq artisti sui-qəsd qurbanı olub?

Mərhum xalq artistinin ölümünə səbəb ola biləcək zəhərlər, sui-qəsd üsulları... Xəbər verdiyimiz kimi, bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı araşdırma aparılır. Yerli medianın yazdığına görə, prokurorluq əməkdaşları onun evində zəruri istintaq hərəkətləri aparıb və əl izləri də götürüblər. İlkin versiyalara görə, hüquq-mühafizə orqanları əməkdaşları sui-qəsd versiyasını da araşdırırlar.Buna səbəb isə İ.Qulieyevanın ötən ilin oktyabrında keçirdiyi mətbuat konfransında ona qarşı sui-qəsd hazırlandığı və öldürülməsinə cəhdlər edildiyi barədə çıxışlar etməsi idi.


Ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb. Amma bununla belə, ortada ciddi suallar qalmaqdadır. 73 yaşlı qadının trombdan ölməsi hər nə qədər inandırıcı olsa da, ölümündən öncə özünə sui-qəsd ehtimalı barədə dəfələrlə danışması, üstəgəl, prokurorluq əməkdaşlarının bu istiqamətdə müəyyən istintaq hərəkərləri aparması şübhələri artırır.



Bütün hallarda şübhə varsa, elmə və tibbə məlum olan zəhərlənmə, gizli sui-qəsd üsulları da var deməkdir. Musavat.com bu bilinməyən üsullar barədə elmi ədəbiyyatlardan maraqlı bilgiləri toplayıb.

Ümumiyyətlə, gizli sui-qəsd üsulları ildən-ilə mükəmməlləşir. Onlar indi az qala elm kimi formalaşıb. Hazırda bu mövzunu dərinliyinə qədər bilən toksikoloqlar, kimyagərlər, həkimlər, mühəndislər ixtisaslaşdırılıb. Nəticədə isə ağlınıza gələ biləcək hər şey gizli sui-qəsd vasitəsi ola bilər. Xüsusən də zəhərlər bu işdə əsas rolu oynayır. Keçək gizli üsullara:

- Qida və içkilərə zəhər qatmaq
- Zəhərli spreylər
- Zəhərli diş pastası
- Zəhərli diş çöpü
- Zəhərli kitab
- Zəhərli üzük
- Zəhərli stul
- Zəhərli ülgüc
- Zəhərli siqaret və ya qəlyan
- Zəhərli çətir
- Zəhərli əlcək, salfetka
- Qaz zəhərlənməsi


Bundan başqa infarkt keçirdəcək dərmanlar, insan sağlamlığına zərbə vuran mikrob kokteylləri, mikrodalğa və ya radioaktiv şüalarla insanın fiziki varlığı hədəfə alınır.
Statistikaya görə, açıq sui-qəsdlər daha çoxdur. Xüsusən keçmiş dövrlərdə, saraydaxili intriqalarda və iqtidar müharibələrində gizli sui-qəsdlər çox geniş yayılmışdı. Hər padşah və ya kral zəhərlənmə riski altında olub. O səbəbdən də yanlarında hər zaman yeməklərini öncədən dadan insanlar saxlayıblar. Hazırda da prezidentlərin şəxsi heyətlərində belə şəxslər var. Onlar prezidentlərə yemək təqdim etməzdən əvvəl onun dadına baxırlar.

Elmi ədəbiyyatlarda antisovet yazıçısı Lev Rebetin 1957-ci ildə infarktdan ölməsi faktı da öz əksini tapıb. Belə ki, yazıçının ölümündən bir neçə il sonra DTK-da onun ölümünü təşkil edən şəxs xaricə qaçıb və Rebetin üzünə zəhərli qaz fısqırdığını, bunun isə infarkta səbəb olduğunu etiraf edib.

Ritsin adlı zəhərlə zəhərlənən şəxs qrip və qızdırmadan əziyyət çəkir, bir neçə gündən sonra isə dünyasını dəyişir. Son dövrlərə qədər bu zəhərə çarə tapılmayıb. 1978-ci ildə Londonda dünyasını dəyişən dissident Georgi Markovun bu vasitə ilə aradan götürüldüyü deyilir. Onun bədəninə dayanacaqda avtobus gözlədiyi zaman "təsadüfən" ucunda zəhərli iynə olan çətir dəyir. Bir neçə saat sonra isə o, qızdırmadan dünyasını dəyişir.

Tetraetilqurğuş adlı zəhər mərkəzi əsəb sistemini sıradan çıxarır. Beyinə güclü təsir edən bu xoşətirli qazın cüzi miqdarı beynin funksiyasının pozulmasına səbəb olur. Bir müddət davam edən xəstəlik ölümlə nəticələnir.

Digər təhlükəli zəhər Poloniyum-210-du. Adətən nüvə araşdırmalarında istifadə edilən bu maddənin 7 pikoqramı (1 pikoqram - qramın trilyonda bir hissəsidir) insan üçün ölümcül doza sayılır. Zəhər 138 günə insanın bütün orqanlarını sıradan çıxarır. Bu zəhərin yaradıcısının qızı isə kapsulun sındığı laboratoriyada bir neçə saat işləyəndən sonra xərçəng xəstəliyinə tutulub.

Yuxuda ölümə gətirən zəhərlər də az deyil. Belə zəhərlər hələ orta əsrlərdən məlumdur. Zəhərlənən insan heç bir ağrı və narahatçılıq hiss etmir. Lakin yuxuya gedəndən bir müddət sonra ürəyi dayanır. Bu zəhərlərin əksəriyyətini sonradan orqanizmdə aşkar etmək mümkün olmur.

Hər halda, bunlar müasir elmə məlum olan son növ zəhərlərdir.



Amma mərhum xalq artistinin ilkin ekspertiza nəticələrində olduğu kimi, irəliləyən yaşına uyğun olaraq, sadəcə trombdan dünyasını dəyişməsi ehtimalı daha yüksəkdir. Lakin onun qəsdən öldürülməsi, ya da zəhərlənməsi ehtimalı da, təkzibini tapana qədər, yaşamaq haqqına sahibdir.


musavat.com