Aliment ödəməyənlər - Həbs olunur

Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayı artıb.


Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə boşanmış ailələrdə alimentlərlə bağlı (alimentin ödənilməsi və ödənilməməsi üzrə işlər birlikdə) işlərin sayı 60565-dir.

E.Səfərov deyib ki, 2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 2174 olub: "Əvvəllki illərdə bu fakt az olub. Əvvəlki dövrlərlə müqayisədə 2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilmiş şəxslərin sayı təxminən 500 nəfər çoxalıb".

E.Səfərov əlavə edib ki, alimentin ödənilməsindən yayınmaya görə inzibatı həbs tənbeh növü üzrə də 500-ə yaxın artım olub. Əvvəllər inzibatı həbs tənbeh növləri üzrə faktların sayı 1000-ə yaxın olsa da, 2015-ci ildə onların sayı 1499-ə yüksəlib. Ötən il alimentin ödənilməsindən yayınmaya görə barəsində cinayət işi açılan şəxslərin 233 nəfər olub.

Trend.az