Qənirə Paşayeva jurnalistlərdən danışdı

"Büdcə layihəsini dəstəkləyirəm. Amma bəzi məsələlər hələ də sadələşdirilməyib".

Bunu millət vəkili Qənirə Paşayeva deyib. O qeyd edib ki, ipoteka kreditlərinin verilməsində sadələşdirmə aparılmalıdır: "Jurnalistlər də bu kreditlərdən istifadə etməlidir. Bunun üçün onlara şərait yaradılmalıdır.Təssəvvür edin, jurnalistlər Azərbaycanda orta təbəqəni təşkil edir. Onların aldığı maaşlarla indiki ipoteka kreditləri arasında kəskin fərq var".

Q.Paşayeva ailədaxili zorakılıqdan danışarkən deyib ki, bu işdə tədbirlər görülməlidir. Bu qətllərin, zorakılıqların qarşısı alınmalıdır.

İlkin Pirəli

AzNews.az