“Çox təəssüf ki, telekanallarda problemlər hələ də qalmaqdadır” “Çox təəssüf ki, telekanallarda problemlər hələ də qalmaqdadır”

Nuşirəvan Məhərrəmli yenə narazıdır

“Çox təəssüf ki, telekanallarda problemlər hələ də qalmaqdadır”



Yaxın vaxtlarda Milli Televiziya və Radio Şurası (MTRŞ) ölkə üzrə yayımlanan telekanallarda növbəti monitorinq keçirəcək. AzNews.az-a bu barədə məlumatı MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli verib.

Sonuncu dəfə keçirilən monitorinqlərin nəticələrinin hələlik açıqlanmadığını vurğulayan N.Məhərrəmli deyib ki, irəliləyişlər müşahidə olunmayıb: "Çox təəssüf ki, telekanallarda problemlər hələ də qalmaqdadır. Problemləri birdən-birə həll etmək isə çətindir. Amma bu telekanalların daxili işləridir. Biz bununla bağlı yalnız tövsiyələr verə bilərik. Çox istəyirik ki, telekanallarda intellektual və maarifləndirici verilişlərin sayı, şou xarakterli verilişlərin isə keyfiyyəti artsın".

Vasif Həsənli
AzNews.az