Bayramdan sonra bu ərazilərdə qaz olmayacaq

Abşeron, Binəqədi və Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, iyulun 8-də saat 09.00-dan Abşeron rayonunun Xırdalan şəhərinin, Qobu, Güzdək, Aşağı Güzdək və Hökməli qəsəbələrinin, Binəqədi rayonu Çiçək yaşayış massivi ərazisində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məhdudiyyətlər qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək işlərlə əlaqədar olacaq.

Görülən işlər Sabunçu rayonunun Maştağa qəsəbəsinin və Savalan yaşayış massivinin qaz təchizatına da təsir göstərəcək. Məhdudiyyət işlər yekunlaşanadək davam edəcək.