Noyabr ayından etibarən Azərbaycan vətəndaşları Xarkov Milli Daxili İşlər Universitetində təhsil ala biləcəklər. Noyabr ayından etibarən Azərbaycan vətəndaşları Xarkov Milli Daxili İşlər Universitetində təhsil ala biləcəklər.

Xaricdə təhsil almaq istəyən tələbələr üçün yeni fürsət

Noyabr ayından etibarən Azərbaycan vətəndaşları Xarkov Milli Daxili İşlər Universitetində təhsil ala biləcəklər.

AzNews.az xəbər verir ki, bunu sözügedən universitetin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sakurenko Valeriy Vasilyeviç deyib. O, Azərbaycan və Ukraynanın tarixi birliyindən, xalqların daima bir-birinə dəstək olmasından və Azərbaycanda son dövrlər nəzərə çarpan irəliləyişdən bəhs edib: "Ukrayna və Azərbaycan xalqını ümumi tarix, ümumi köklər birləşdirir. Təəssüf ki bu gün bizi birləşdirən digər cəhət ümumi problemdir. Dağlıq Qarabağdakı vəziyyətdən xəbərdarıq. Xocalı soyqırımında yaşananları bilirik, daima Azərbaycan xalqının yanındayıq. Müstəqillik dövründə baş verən inkişafa şadam. Görürəm ki, Azərbaycan xalqı boş yerə vaxt itirməyib".

Rektor universitet barədə də məlumat verib: "Universitetimizdə kifayət qədər təcrübəli professorlar çalışır. Universitet gözəl maddi-texniki baza ilə təmin olunub. Burada ciddi nizam intizam hökm sürür. Burada keçmiş hərbçilər dərs deyirlər. Bilirsiniz ki, keçmiş hərbçi olmur. Onların hər biri ciddi təhsil tədris edirlər. Çalışırıq ki universiteti bitirmək barədə verdiyimiz sənəd kadrın tam təhsil keçdiyinə əminlik yaratsın. Odur ki, dəsrlərdə iştirak etməyən, nizam-intizamı pozan, dəsrlərinə məsliyyətlə yanaşmayan hər kəs universitetdən xaric edilir".

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov isə Azərbaycan və Ukraynada təhsilin inkişafından danışdı: "Azərbaycanla Ukrayna arasında təhsil kifayət qədər inkişaf edib. Bu gün azərbaycalı tələbələrin xaricdə təhsil siyahısına baxsaq görərik ki, Ukrayna öndədir. Bu da təbii ki, iki ölkə arasında olan iqtisadi münasibətlərin genişlənməsi ilə əlaqədardır. Ukraynada da Azərbaycana qarşı münasibət çox müsbətdir. Ukraynada təhsil müəssisələri dünyada ön sıralarda dayanır. Bu həm də cəmiyyətlərin inteqrasiyası ilə əlaqəlidir".

Qeyd edək ki, Xarkov Milli Daxili İşlər Universiteti 1994-cü il noyabrın 22-də təsis edilib. 2001-ci il martın 2-də Ukrayna prezidentinin əmrilə universitetə milli status verilib. Universitet yüksək səviyəli peşəkarlığa malik elmi-pedoqoji kollektivə malikdir. Kursant və tələbələrlə 62 elmlər doktoru, 46 professor, 357 elmlər namizədi, 178 dosent çalışır. Universitetdə 32 kafedra, elmi-tədqiqat laborotoriyası fəaliyyət göstərir. Eyni zamanda universitet nəzdində elmi məktəblər yaradılıb. Bu məktəblər elm ictimaiyyətində aparıcı mövqeyə malikdir və önəmli nailiyyətləri var. Universitet bakalavr və magistr pillələri üzrə təhsil verir. Mütəxəssislər 6 fakültə üzrə hazırlanır: 1-ci fakültə istintaq, 2-ci fakültə kriminal polis, 3-cü fakültə polis bölmələrinin preventiv fəaliyyəti, 4-cü fakültə kiber polis, 5-ci fakültə qiyabi təhsil, 6-cı fakültə hüquq və kütləvi kommunikasiyalar.

AzNews.az