Bu gün Yekatirinburqun Çkalov rayon məhkəməsində futbol üzrə Azərbaycan çempionu Emil Hüseynovun qətli işi üzrə müzakirə olub. Bu gün Yekatirinburqun Çkalov rayon məhkəməsində futbol üzrə Azərbaycan çempionu Emil Hüseynovun qətli işi üzrə müzakirə olub.

Azərbaycanlı futbolçunu öldürən erməni həbs olundu

Bu gün Yekatirinburqun Çkalov rayon məhkəməsində futbol üzrə Azərbaycan çempionu Emil Hüseynovun qətli işi üzrə müzakirə olub.


Dövlət ittihamçısı təqsirləndirilən yeganə şəxs – erməni düyüşçü ve Sverdlov vilayətinin qarışıq döyüş sənəti üzrə yığmasının üzvü Tiqran Çiçakyan üçün tələb olunan müddəti səsləndirdi.

"Prokuror ittiham olunan şəxsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Zərərçəkən tərəfə maddi və ya mənəvi ziyanın ödənilməsi haqqında tələblər yoxdur". Bunu Sverdlovsk vilayətinin prokururluğunun mətbuat xidməti məlumat yayıb.

Məhkəmədə Tiqran Çiçakyana sabah 13 il hökm oxunacaq. E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelərin birində baş vermiş insident nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədənlər dərhal aradan çıxıb. Araşdırma zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır.

Emil Hüseynov - futbolçu

Anspress.az